Növbəti hǝrbi hava vasitǝlǝri artıq Azərbaycandadır

“TurAz Qartalı - 2015” təlimlərində iştirak edəcək Türkiyə aviasiyasının növbəti qrupu artıq Azərbaycana çatıb.

341001
Növbəti hǝrbi hava vasitǝlǝri artıq Azərbaycandadır

“TurAz Qartalı - 2015” təlimlərində iştirak edəcək Türkiyə aviasiyasının növbəti qrupu Azərbaycana çatıb.
Təlimlərdə MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edir.
İki qardaş ölkǝ arasında illik hərbi əməkdaşlıq planına əsasən, Türkiyǝ vǝ Azǝrbaycanın Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2015” birgə taktiki təlimlərində iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin növbəti qrupu Azərbaycandadır.

Təlimlərdə 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edir.
Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, o cümlədən havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr