Fransa Rusiyaya 900 milyon avro təzminat ödədi

Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq İdarəsindən (ESMTC) edilən şərhə görə, Fransa təslim etmədiyi Mistral hərbi gəmiləri üçün 900 milyon avro təzminatı ödəyib.

370614
Fransa Rusiyaya 900 milyon avro təzminat ödədi

  Rusiya xəbər agentliyinin məlumatına görə, “Rusiya öz gəmilərinin üçüncü tərəflər tərəfindən alınmasına icazə vermir”.

  Fransa Rusiya Mistral razılaşması bitdikdən sonra gəmilər üçün yeni axtarışa girmişdi. Potensial alıcılar arasında Səudiyyə Ərəbistanı, Misir, Kanada və Sinqapur var idi.

  Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransis Olland 5 avqustda etdikləri telefon danışığında 2011-ci ildə iki ölkə arasında imzalanan və 2 Mistral döyüş gəmisinin təslimini nəzərdə tutan müqavilənin sona çatması barədə razılaşmışdı. Amma sonradan Fransa Ukrayna böhranını səbəb göstərərək gəmilərin Rusiyaya təslimatını təxirə salmışdı.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr