Ukrayna və avropalı müttəfiqlərdən dəstək görüşləri

Ölkəsi ilə Rusiya arasındakı böhranın həlli üçün avropalı müttəfiqlərindən dəstək istəyən Poroşenko Moskva rəhbərliyinə fevral ayında imzaladıqları Minsk müqaviləsinə əməl etməsi üçün müraciət edib.

370486
Ukrayna və avropalı müttəfiqlərdən dəstək görüşləri

  Petro Poroşenko ilə bir araya gələn Avropa Komissiyasının sədri Cin Klaud Yunker (Jean Claude Juncker) də Rusiyanın adı keçən razılaşmaya uymasını, siyasi məhkumları buraxmasını və Ukraynanın şərqindəki Rusiya tərəfdarlarına dəstəyi kəsməsini lazım bilib.

  Yunker Avropa İttifaqının Ukraynaya siyasi və iqtisadi dəstəyini davam etdirəcəyini söyləyib.

  Poroşenko Avropa Şurasının sədri Donald Tusk ilə də görüşdükdən sonra Brüsseldəki görüşlərini tamamlayacaq.

  Qeyd edək ki, ukraynalı lider həftənin əvvəli Berlinə gedərək Almaniyanın Baş kansleri Angela Merkel və Fransa prezidenti ilə görüşmüşdü.

  Ukrayna bu görüşlər sırasında həm də borcları ilə bağlı kreditorlarla saziş bağlayıb: 19 milyard dollarlıq borcun bir qismi silinib, geri qalan hissəsinin ödəməsi 4 il uzadılıb.

  Silinən borc ictimai vəziyyətin yaxşılaşdırılması və milli müdafiə üçün istifadə ediləcək.

  Qeyd edək ki, Ukrayna Beynəlxalq Valyuta Fondu BVF-yə ən çox borcu olan ikinci ölkə sayılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr