Əsədin 1 ay ərzində Şərqi Qutaya 4-cü hücumu olub
Nəticədə 8 nəfər həyatını itirib, 30-u yaralanıb
339814
Suriyada rejimə məxsus döyüş təyyarələri Dəməşqin Şərqi Quta bölgəsində yaşayış yerini bombalayıb. Hücum nəticəsində 8 nəfər həyatını itirib, 30-u yaralanıb. Səlahiyyətlilər, yaralıların səhra xəstəxanasına aparıldığını qeyd edib. Rejimin Şərqi Quta bölgəsinə hücumlarını artırdığını qeyd edən səlahiyyətlilər, hücumun bu ay ərzində 4-cü olduğunu bildiriblər. Qeyd edək ki, ötən gün rejimə məxsus döyüş təyyarələrinin Dəməşqin Duma bölgəsinə hücum təşkil etmişdilər. Nəticədə 50 nəfər həyatını itirmişdi.