İraqın paytaxtı Bağdad yenə etiraz nümayişlərinə səhnə olub

Minlərlə adam bir an əvvəl məhkəmə islahatının həyata keçirilməsini və korrupsiyada günahlandırılan sabiq Baş nazir Nuri əl-Malikinin mühakiməsini tələb edib.

337886
İraqın paytaxtı Bağdad yenə etiraz nümayişlərinə səhnə olub

İraqın paytaxtı Bağdad yenə etiraz nümayişlərinə səhnə olub

Təhrir meydanında toplanan minlərlə adam bir an əvvəl məhkəmə islahatının həyata keçirilməsini və korrupsiyada günahlandırılan sabiq Baş nazir Nuri əl-Malikinin mühakiməsini tələb edib.
Etirazçılar bu zamana qədər alınan islahat qərarlarından narazı olduqlarını bildiriblər.
Nümayişçilər Mosulun DEAŞ terror təşkilatının əlinə keçməsində sabiq Baş nazir Nuri əl-Malikini təqsirləndirərək əleyhinə şüarlar səsləndirib. İraq təhlükəsizlik gücləri də keçirilən nümayişlərə müdaxilə ediblər. Paytaxt Bağdadla bərabər Bəsrə, Kut, Amara, Nasiriyyə, Divaniyyə, Kərbəla, Nəcəf və Babildə də minlərlə adam etiraz aksiyası təşkil edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr