İsraildən Suriyaya hava hücumu

İsrail ordusu Qolan təpələrində Suriya ordusuna aid mövqeləri top atəşinə tutub və hava əməliyyatları edib.

336370
İsraildən Suriyaya hava hücumu

  İsrailin hədəfində Kuneytra qəsəbəsində Əsəd rejiminə aid nəqliyyat müdirliyi və valilik binası da olub. Hücum nəticəsində binalara ziyan dəyib.

  İsrail tərəfinin bildirdiyinə görə, bu hərəkətilə o, şimal bölgələrinə Suriya tərəfindən həyata keçirilən 4 mərmi hücumuna qarşılıq verib.

  Xatırladaq ki, İsrail 1967-ci ildə 6 günlük müharibəsi nəticəsində Qolan təpələrini işğal etmişdi. Amma İsrailin Qolana iddiasını beynəlxalq təşkilatlar qəbul etmir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr