Türkiyə ilǝ Azǝrbaycan Hǝrbi Hava Qüvvǝlǝrinin taktiki təlimləri

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2015” taktiki təlimləri keçiriləcək.

332778

Avqustun 22-dən başlayacaq təlimlərdə Türkiyə vǝ Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri olmaqla 30-a yaxın hava vǝsaiti iştirak edəcək.
Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, o cümlədən havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.
Təlimlər sentyabrın 18-dək davam edəcək.
Qeyd edǝk ki, Türkiyǝ vǝ Azǝrbaycan hava qüvvǝlǝri mart ayında Konya şǝhǝrindǝ keçirilǝn "TurAz Şahini" tǝlimindǝ dǝ bir araya gǝlmişdi.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr