"Əsəd rejimi insan həyatına əhəmiyyət vermir", C.Kirbi

ABŞ Suriyada rejimin həyata keçirdiyi hücumu qınayıb

331999
"Əsəd rejimi insan həyatına əhəmiyyət vermir", C.Kirbi

ABŞ Suriyada rejimin həyata keçirdiyi hücumu qınayıb.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi verdiyi açıqlamada Əsəd rejiminin Dəməşqin kənar bölgələrindən olan Dumada həyata keçirdiyi, 100-dən çox insanın həyatını itirdiyi, yüzlərlə insanının isə yaralandığı hava hücumunu sərt şəkildə qınadığını qeyd edib.
Əsəd rejiminin şəhərlərdə həyata keçirdiyi hücumların minlərlə insanın ölümünə, məktəblərin, məscidlərin, bazarların və xəstəxanaların isə dağılmasına səbəb olduğunu ifadə edərək "Ötən gün həyata keçirilən hava hücumu, rejimin insan həyatına əhəmiyyət vermədiyini göstərir. Daha əvvəl də ifadə etdiyimiz kimi, Bəşər Əsəd Suriya xalqını idarəetmə qanunuliyini itirib. ABŞ bu cür hücumlara son qoyacaq. Bu barədə artıq müttəfiqlərimizlə danışıqlar aparılır”, deyǝ Con Kirbi vurğulayıb.
Qeyd edək ki, hücumda 100 nəfər həyatını itirib, təxminən 500 nəfər isə yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr