Suriyada bombardman üstünə bombardman

Suriyada hakimiyyət qüvvələrinin paytaxt Dəməşqdə (Şam) həyata keçirdikləri hava hücumunda ölənlərin sayı 100 nəfərə çatıb. Ölənlərin çoxu kadın və uşaqlardır. Hadisə nəticəsində 500-dən çox insan da yaralanıb.

331585
Suriyada bombardman üstünə bombardman

  Yaralıların çoxunun vəziyyətinin ağır olduğu və ölənlərin sayının artacağı bildirilir.

  Rejimin hərbi təyyarələri Dəməşq yaxınlığındakı Duma və Şərqi Qutanı gün ərzində 10 dəfə bombalayıb.

  Mərkəzi İngiltərədə yerləşən Suriya İnsan Haqqları Müşahidə Qrupu Dumada baş verən hadisədən sonra ölənlərin cəsədlərini götürməyə gələn adamların hərbi təyyarələr tərəfindən bombalandığını məlumat verib.

  Bombardman Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım üzrə rəhbəri Stefan Obraynın Dəməşqdə olduğu və rəsmilərlə görüşdüyü zaman baş verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr