DEAŞ-ın mövqelərinə 31 hava zərbəsi endirilib

ABŞ-ın başçılığındakı beynəlxalq koalasiya qüvvələrinin DEAŞ ilə mübarizəsi davam edir.

328574
DEAŞ-ın mövqelərinə 31 hava zərbəsi endirilib

ABŞ-ın başçılığındakı beynəlxalq koalasiya qüvvələrinin DEAŞ ilə mübarizəsi davam edir.
Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr İraq vǝ Suriyada DEAŞ-ın mövqelərinə 31 hava zərbəsi endirib.
Beynəlxalq koalisiyanın nümayəndəsinin mǝlumatına görǝ, Suriyada DEAŞ-ın mövqelǝrinǝ 8 hava zǝrbǝsi endirilib. Hücumların 3-ü Haseke,2-si Hələb, 2-si Rakka və 1-i də Kobani ǝtrafında hǝyata keçirilib. Hava zǝrbǝlǝrindǝ terror tǝşkilatının taktika dǝstǝlǝri, anbarları vǝ düşǝrgǝlǝri hǝdǝfǝ alınıb.
Tǝşkilatın İraqdakı hǝdǝflǝrinǝ isǝ 23 hava zǝrbǝsi endirilib.
Məlumata görə, zərbələrin əsas hədəfi DEAŞ-ın ər-Ramadi şəhərindəki mövqeləri olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr