Nazir açıq mikrofon qarşısında ağzından söz qaçırdı

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Səudiyyəli həmkarı Adil Əl-Cubeyir birlikdə Moskvada təşkil edilən mətbuat konfransında çıxış ediblər.

326543
  Nazir açıq mikrofon qarşısında ağzından söz qaçırdı

  Xarici İşlər nazirlərinin gündəmində Suriya böhranı və DEAŞ-la mübarizə məsələləri olub.

  Birdən açıq qalan mikrofondan Lavrovun "Lənət olsun axmaqlara" sözləri eşidilib. Onun mikrofona fikir vermədən dediyi bu sözlər ortaq mətbuat konfransında səs-küy yaradıb.

  “Lavrov bu sözləri deyərkən kimləri hədəfə alıb?” sualı müzakirə edilərkən bu, “Rusiyalı nazirin hər gün partlayan fləş xəbərlərdən qəzəbləndiyi” kimi şərh edilib.

  Açıq mikrofon hadisəsindən başqa, Rusiya Xarici İşlər naziri Sergey Lavrovla səudiyyəli həmkarı Adil Əl-Cubeyirin birgə mətbuat konfransında danışıqların yaxşı keçdiyi bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr