Türkiyǝyǝ sığınan suriyalılar

Vǝtǝndaş müharibǝsinǝ görǝ ölkǝlǝrini tǝrk edǝrǝk qeyri-qanuni yollardan Türkiyǝyǝ sığınan suriyalı qaçqın sayı 2 milyonu keçib.

322731
Türkiyǝyǝ sığınan suriyalılar

Vǝtǝndaş müharibǝsinǝ görǝ ölkǝlǝrini tǝrk edǝrǝk qeyri-qanuni yollardan Türkiyǝyǝ sığınan suriyalı qaçqın sayı 2 milyonu keçib.
Baş Qǝrargah Rǝisliyinin mǝlumatına ǝsasǝn Türkiyǝdǝ may ayından etibarǝn sǝrhǝdlǝrdǝn qeyri-qanuni yollardan keçǝn vǝ Türkiyǝdǝ yaşamaq üçün qanuni cǝhǝtdǝn mǝcburiyyǝtlǝri olmayan 50 mindǝn artıq qaçaq mühacir yaxalanıb. Bunların 30 mini suriyalılardan ibarǝtdir.
300 minǝ yaxın suriyalı isǝ 25 düşǝrgǝdǝ qonaq edilir.
Cǝmi ǝhali sayı 4 milyon olan Livanda isǝ 1 milyon yarıma yaxın qaçaq yaşayır.
Avropa İttifaqı ölkǝlǝrindǝ isǝ 150 min suriyalı var.
Yunanıstan vǝ Balkan ölkǝlǝrinǝ sığınmaq istǝyǝnlǝrin sayında isǝ artım olduğu bildirilir.
BMT-nin Qaçqınlar üzrǝ Ali Komissarlığının mǝlumatına ǝsasǝn Yunanıstana ilin ilk yarısında girǝn mühacir sayı 77 100-dür. Bunların 60 faizi isǝ suriyalılardan ibarǝtdir.
Hǝmin mǝlumata görǝ cari il Avropaya getmǝk üçün cǝhd göstǝrǝrkǝn Aralıq dǝnizindǝ 1900 nǝfǝr hǝlak olub. Bu rǝqǝm keçǝn illǝ müqayisǝdǝ iki dǝfǝ artıqdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr