DEAŞ, Suriyada daha 37 müxalifi öldürüb

Hələb yaxınlarında hәyata keçirilәn hücumdan sonra 20 müxalifin dә itkin düşdüyü bildirilir.

320730
 DEAŞ, Suriyada daha 37 müxalifi öldürüb

Suriya Müşahidә Mәrkәzinin şәrhinә görә, DEAŞ mәnsubu quldurlar Hәlәbin şimalında yerlәşәn Umm Huş kəndində hәyata keçirilәn komikadzә hücumdan sonra baş verәn qarşıdurmalarda 37 müxalifi öldürüb. Hadisәdәn sonra 20 müxalif döyüşçüdәn xəbər alına bilmәdiyi ifadә edilәn açıqlamada, DEAŞ-ın, müxaliflərin güzәrgahı üzәrindә yerlәşәn digər 3 kəndә nәzarәti әlә keçirmәkdә sәy sәy etdiyi qeyd edilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr