İran Suriyaya Əfqanıstan təyyarəsiylə döyüşçü daşıyır

İranın Suriya və İraqa döyüşçü daşımaq üçün Əfqanıstandan sərnişin təyyarələri kirayəyə götürdüyü ortaya çıxıb.

318036
İran Suriyaya Əfqanıstan təyyarəsiylə döyüşçü daşıyır

  Əfqanıstan rəhbərliyi bu təyyarələrin maskalı və silahlı döyüşçüləri İrandan bölgəyə gətirdiyini müəyyən edib. Buna görə Əfqanıstan Məclisi Nəqliyyat və Əlaqələr Komitəsinin sədri Qeys Həsən Tehran rəhbərliyi və Əfqanıstan arasında imzalanan sərnişindaşıma müqaviləsini pozduqlarını bildirib. Məlumatı Əl Ərəbiyə televiziyası yayıb.

  Qeys Həsənin söylədiyinə görə, icarəyə götürülən Əfqanıstan təyyarələriylə təxminən bir aydır ki, İrandan Suriya və İraqa maskalı silahlı döyüşçülər daşınıb.

  Əfqanıstan təyyarələri İran İnqilab Mühafizəkarlarına yaxınlığıyla tanınan bir hava yolu şirkəti tərəfindən kirayələnib. Döyüşçü daşıyan təyyarələr Kabildən İranın Məşhəd, oradan da Bağdad və Nəcəf şəhərlərinə uçurmuş.

  Suriya müxalifəti də İrandan cəbhəyə əsgər və terrorçu axınının olduğunu təsdiqləyir.

  İran rəsmi orqanları isə mövzuyla bağlı heç bir rəsmi açıqlama verməyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr