Türkiyənin cənubundan Suriyanın şimalına ilk dəfə hava əməliyyat

ABŞ Türkiyənin cənubundan Suriyanın şimalına ilk dəfə hava əməliyyatı həyata keçirib.

316927
Türkiyənin cənubundan Suriyanın şimalına ilk dəfə hava əməliyyat

Pentaqon İncirlik bazasından qalxan silahla təchiz olunmuş pilotsuz bir hava vasitəsinin Suriyaya hücum etdiyini açıqlayıb. Pentaqon sözçüsü Lora Siyıl "Amerika təyyarələri ilk dəfə pilotsuz hava vasitəsi istifadə etməklə Türkiyədən havaya qalxaraq DEAŞ-ı vurdu" ifadəsini işlədib. Siyıl bunu birgə əməliyyatların bir hissəsi olduğunu deyərək, həyata keçirilən hücumların Türkiyənin icazəsi ilə reallaşdırıldığını, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün DEAŞ-la mübarizənin şərt olduğunu söyləyib. Fransız xəbər agentliyi AFP isə pilotsuz hava vasitəsinin Suriyanın şimalındakı Rakka şəhəri yaxınlığında DEAŞ hədəfini vurduğunu iddia edib. Türkiyə terror təşkilatı DEAŞ-a qarşı hədəflərin vurulması üçün keçən ay bazalarını Amerika döyüş təyyarələrinə açmaqla bağlı qərar qəbul edib. Ötən günlərdə isə Obama adminstrasiyası müxalifləri Suriya rejiminin döyüş təyyarələrinə qarşı hava hücumlarından müdafiə istemləri ilə təmin edəcəyini açıqlayıb. Səlahiyyətlilər Amerika döyüş təyyarələrinin də hədəfləri vurması üçün hazırlıqların davam etdiyini qeyd edərək daha 30 Amerika reaktiv təyyarəsinin bölgəyə gətirilərək əməliyyatlara dəstək verəcəyini bildirib. Koalisiya qüvvələrinə aid döyüş təyyarələri isə Rakka şəhərində DEAŞ-a qarşı 20-dən artıq hava hücumu həyata keçirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr