İran ildә 80-90 әdәd sәrnişin tәyyarәsi satın alacaq

İran Mülki Aviasiya Təşkilatı İran hava yollarına hər il 80-90 civarında müasir sərnişin təyyarəsi alacaqlarını açıqlayıb.

312225
İran  ildә 80-90 әdәd sәrnişin tәyyarәsi satın alacaq

İran Mülki Aviasiya Təşkilatı İran hava yollarına hər il 80-90 civarında müasir sərnişin təyyarəsi alacaqlarını açıqlayıb. Bildirilir ki, aprel ayında nüvə məsələsində əldə olunan müvəqqəti razılaşma ilə 1995-ci ildən bu yana tətbiq olunan embarqonun qalxdığı göstərilir. İran hər il 80-90 civarında sərnişin təyyarəsi qəbuluna 300 təyyarə yenilənənə qədər davam edəcək. Təyyarələrin alınmasına 20 milyard dollar xərclənəcəyi gözlənilir. İran 20 ildir tətbiq olunan embarqo səbəbindən xaricdən təyyarə və təyyarə hissələri ala bilmir. İranın hazırda 140-a qədər sərnişin təyyarəsi var və hökumət 10 il ərzində bu rəqəmi 500 qədər artırmağı hədəfləyir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr