İran büdcəsində yeni ixtisarlar gedir

Neftin qiymətinin ucuzlaşması və sanksiyalar səbəbindən iqtisadiyyatında problemlər yaranan İran büdcəsində yeni ixtisarlar gedir.

312151
İran büdcəsində yeni ixtisarlar gedir

İran 5 ildir qida və enerji sahəsində tətbiq olunan xərc ixtisarlarına görə xalqın böyük hissəsinə ayda 15 dollar civarında təzminat ödəyirdi. Ötən aylarda 1 milyon insan bu təzminat siyahısından çıxarılıbdir, eyni zamanda 4 milyon İranlı da könüllü olaraq təzminat tələbindən imtina edib. Hazırda bu siyahını genişləndirməyə hazırlaşan rəsmi Tehran avqustun 22-dən etibarən əsas gəlir qrupundan daha 1 milyon insanın siyahıdan çıxarılacağını elan edib. Bununlada büdcədə hər ay 30 milyon dollar həcmində qənaət proqnozlaşdırılır. Hökumət təzminat siyahısından çıxarılanların gələn ilin mart ayına qədər 6 milyona qədər artırılmasını hədəfləyir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr