"Taliban" lideri Molla Ömərin öldüyünü rəsmən təsdiqlədi
Talibanın icra qurumu olan Kuetta Şurası Molla Ahtarın Mənsuru təşkilatın yeni lideri olaraq təyin edib.
Taliban lideri Molla Ömərin bir müddət öncə Pakistanda bir xəstəxanada öldüyü haqqda məlumat təsdiqlənib. Talibanın icra qurumu olan Kuetta Şurası Molla Ahtarın Mənsuru təşkilatın yeni lideri olaraq təyin edib. Molla Ömərin ölümü səbəb ilə də Əfqan hökuməti ilə Taliban arasında cümə günü keçirilməsi planlaşdırılan sülh danışıqları da təxirə salınıb. Təşkilatın siyasi bürosu da sülh danışıqlarından xəbərdar olmadıqlarını açıqlamışdılar. Molla Ömərin ölümündən sonra təşkilat daxilində sülh danışıqları tərəfdarları ilə əlehdarları arasında fikir ayrılıqlarının dərinləşəcəyi və radikal qanadın DEAŞ-a qatıla biləcəyi bildirilir. Təşkilatın yeni lideri Molla Mənsurun Əfqan hökuməti ilə aparılan sülh danışıqlarına müsbət baxdığı bilinir. Bu arada təşkilatın radikal qanadına bağlı bir qrup cənubdakı Helmand vilayətində bir qəsəbəni ələ keçirib. Qəsəbə ətrafında militanlarla ordu birlikləri arasında qarşıdurmalar davam edir.