Suriyada DEAŞ-dan yenə intihar hücumları

Suriyanın Hələb şəhərinin Azez qəsəbəsində DEAŞ terrorçuları Azad Suriya Ordusuna aid 3 ayrı-ayrı nəzarət məntəqəsinə eyni vaxtda intihar hücumları təşkil ediblər.

305794
Suriyada DEAŞ-dan yenə intihar hücumları

  Hücumlar 2 canlı bomba və bomba yüklü bir avtomobillə həyata keçirilib.

  Çox sayda ölü və yaralının olduğu hücumda vəziyyəti ağır olanlar Öncüpınar Sərhəd Qapısı üzərindən Təcili Yardım maşınlarıyla Kilis Dövlət Xəstəxanasına gətirilib, 5 yaralıdan 2-si həyatını itirib.

  Digər tərəfdən, Suriya Ordusunun müxaliflərin nəzarətində olan müxtəlif yerlərə qurudan və havadan hücumları nəticəsində 32 nəfər həyatını itirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr