Bəhreyndə partlayış: iki polis ölüb
Bəhreyndə şiələrin yaşadığı məhəllədə polisə edilən bombalı hücum nəticəsində 2 polis əməkdaşı həyatını itirib, 6 polis isə yaralanıb.
Bəhreyn Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayış Sitra adasında şiələrin yaşadığı məhəllədə törədilib. Patrul növbəsində olan polisləri hədəf alan partlayışdan sonra adaya gedən yollar bağlanıb və geniş miqyaslı əməliyyatlara başlanılıb. Bəhreyndə şiə əhalinin yaşadığı bölgələrdə tez-tez qarşıdurmalar olur, polisə hücumlar təşkil edilir. Polis ötən günlərdə İrandan silah nəqlinin qarşısın alıb. İran isə ötən həftənin sonunda Bəhreynə əsassız ittihamlar irəli sürüb. Bunun qarşılığında isə Bəhreyn də Tehrandakı səfirini geri çağırıb. Əhalisinin əksəriyyəti şiə olan Bəhreyndə 4 il əvvəl baş vermiş hadisələrdə 89 nəfər həlak olub. Hadisələr Səudiyyə Ərəbistanının əsgər göndərməsi ilə səngimişdi.
Әlaqәli Xәbәrlәr

Suriyanın Haseke şəhərində 5,2 bal gücündə zəlzələ baş verib
5,2 bal gücündə zəlzələ Türkiyənin Cənub-Şərqi Anadoludakı vilayətlərində də hiss edilib.