İraqda bombalı hücum:28 ölü

Paytaxt Bağdadda bomba ilә tәchiz edilmiş avtomobillәr ilә hәyata keçirilәn hücumlarda 28 nәfәr hәyatını itirib.

346780
İraqda bombalı hücum:28 ölü

Bağdadın ər-Rabia bölgəsində törәdilәn qanlı hadisәdә 20 adam hәlak olub, 36-sı yaralanıb. Əş-sağbә bölgəsində isә bomba yerlәşdirilmiş iki avtomobilin partladılması nәticәsindә isә 8 nәfәr ölüb, 22 adam xәsarәt alıb.
İraqda terror təşkilatı DEAŞ-ın ölkənin bəzi bölgələrinə nəzarəti ələ keçirməsindәn sonra Bağdad başda olmaqla müxtəlif şəhərlərdə qanlı hadisələr və bombalı hücumlar artaraq davam edir.
İraq təhlükəsizlik orqanları, hücumların DEAŞ dәstәkçisi qruplaşmalar tərəfindən hәyata keçirildiyini qeyd edirlәr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr