İraq yenə  qana bulandı

İlk ganlı hücum Bağdadın Ər-Rabia bölgəsində meydana gəldi

384139
İraq yenə  qana bulandı


İraq yenə bombalı hücumlarla qana bulandı.
Paytaxt Bağdadda bomba yüklü vasitələrlə təşkil edilən hücumlarda 28 nǝfǝr hǝlak oldu. 
İlk ganlı hücum Bağdadın Ər-Rabia bölgəsində meydana gəldi.
Yol kənarına duran  bomba yüklü vasitənin partlayışı nəticəsində 20 nǝfǝr öldü 36 nǝfǝr yaralandı.
Hücumu terror təşkilatı DEAŞ boynuna götürdü.

İkinci hücumda isə Əş-sağbe bölgəsində bomba yüklü iki vasitə partladı.

Partlayışlarda 8  nǝfǝr öldü 22 nǝfǝr yaralandı.

İraqda terror təşkilatı DEAŞ-ın ölkənin bəzi bölgələrində nəzarəti ələ keçirməsinin ardından Bağdad başda olmaq üzrə müxtəlif şəhərlərdə şiddət dolu hadisələr artdı.

Amerika Birləşmiş Ştatları Müdafiə naziri Ash Carter İraqa sürpriz bir səfər etdi. Carterin gündəmində DEAŞ  ilə mübarizə yer tutur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr