Bişkek ABŞ ilə əməkdaşlıq razılaşmasını tək tərəfli ləğv edib

Qırğızıstan ilə Amerika Birləşmiş Ştatları arasında yaşanan mükafat böhranı dərinləşir

384319
Bişkek ABŞ ilə əməkdaşlıq razılaşmasını tək tərəfli ləğv edib

Rəsmi Bişkek təxminən 20 ildir qüvvədə olan əməkdaşlıq razılaşmasını tək tərəfli ləğv edib. Qırğızıstanın baş naziri Temir Sariyev ABŞ hökuməti ilə 1993-ci ildə imzalanan müqavilənin ləğvi qərarını imzalayıb. Sözügedən razılaşmanın avqust 20-dən etibarən qüvvəsini itirmiş olacaq. Belə bir qərarın verilməsinə səbəb Qırğızıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Azimjan Askarova Amerika Dövlət Departamenti tərəfindən 2015-ci ilin İnsan Hüquqları Müdafiəçisi Mükafatınin verilməsidir. Razılaşmanın ləğv edilməsinə isə rəsmi Vaşinqtonun reaksiyası gecikmədi. Bişkekin bu qərarından xəyal qırıqlığı yaşadıqlarını və ölkələr arasında davam edən bir çox proqramın zərər görə biləcəyini açıqlayan Amerikalı səlahiyyətlilər razılaşmanın ləğv edilməsini Qırğızıstanın üzünü Rusiyaya çevrməsi səbəb ilə izah etdilər. Avrasiya İqtisadi Birliyi ilə əlaqədar müqavilələri imzalayan Bişkek qarşıdakı illərdə Rusiya, Belarus, Qazaxıstan və Ermənistanın yer aldığı birliyə daxil olması gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr