Ukraynada radikal sağçıların nümayişi

Ukraynada hökumətin siyasətinə qarşı çıxan radikal sağçılar paytaxt Kiyevdə etiraz nümayişləri təşkil ediblər.

383434
Ukraynada radikal sağçıların nümayişi

  Özünü vətənpərvər adlandıran radikal sağçılar hökumətin səhv siyasətinə görə tez-tez polislə qarşı-qarşıya gətirildiklərini bildiriblər.

  Nümayişçilər həmçinin şərqdə Rusiya tərəfdarlarıyla mübarizə aparmaq üçün hərbi qanunların da dəyişdirilməsini və könüllü birliklərin yaradılmasını tələb edirlər.

  Xatırladaq ki, Rusiya tərəfdarı sayılan Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ölkədən uzaqlaşmasında radikal sağçıların keçən ilki böyük nümayişlərin mühüm rolu olmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr