Avropa Birliyi Şurasının prezidenti Donald Tusk Azərbaycanda

Donald Tusk : Qarabağdakı mövcud vəziyyət qəbul edilə bilməz dedi

383871
Avropa Birliyi Şurasının prezidenti Donald Tusk Azərbaycanda


 Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk  Azərbaycanda rəsmi səfərdə .

 Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Donald Tusk Azərbaycanın paytaxtı Bakıda görüşlər keçirdi . Donald Tusk  Azərbaycan prezidenti İlham Əliyevlə görüşdü.
Avropa Birliyi ilə Azərbaycan arasındakı ticarət və mədəni əlaqələrin yanında Dağlıq Qarabağ probleminin da ələ alındığı yığıncaq sonrası mətbuat konfransı təşkil edildi.
Avropa Birliyi Şurasının prezidenti Donald Tusk  Azərbaycanın Dağlıq Qarabağ problemi ilə əlaqədar mövcud vəziyyətin qəbul edilə bilməz olduğunu söylədi. Tusk: Qarabağdakı mövcud vəziyyət qəbul edilə bilməz dedi.

 Donald Tusk Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiklərini ifadə edərək, Qarabağ probleminin sülh yolu ilə həll edilməsinin məcburiyyətini  vurğuladı. 

 Prezident İlham Əliyev də Ermənistanın həll mövzusundakı istəksizliyini tənqid etdi.

 Əliyev  beynəlxalq ictimaiyyəti  Dağlıq Qarabağ probleminin həllində daha aktiv rol oynamağa çağırdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr