Yunanıstan, BVF-na borcunu ödәdi

Beynəlxalq Valyuta Fondu, Yunanıstanın, təxminən 2 milyard avrolıq tәxirә salınmış borclarını ödədiyini açıqlayıb.

382934
Yunanıstan, BVF-na borcunu ödәdi

BVF-dan verilәn açıqlamada bildirilib ki, Yunanıstan, müddәti 30 İyun və 13 İyulda sona çatan borclarını ödәyib.
Digәr tәrәfdәn, Yunanıstan, Avropa Mərkəzi Bankına olan 4 milyard 200 milyon avroluq borcunu da ödəməyə başlayıb.
Avropa İttifaqının 7 milyard avroluq dəstəyi sayəsində Yunanıstandakı banklar da ötәn gün yenidәn fәaliyyәtә başlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr