Müqavilə Avropa və İran rəhbərliklərini sevindirir

Tehran rəhbərliyilə P 5 + 1 ölkələri arasında əldə edilən razılaşmadan sonra Qərb dünyasının İranla əlaqələrində yeni bir dövr başlayıb.

346429
Müqavilə Avropa və İran rəhbərliklərini sevindirir

  Almaniya İqtisadiyyat nazirinin Tehran səfərindən sonra bu dəfə Fransa Xarici İşlər naziri Laurent Fabius İrana gedəcəyini, 29 iyulda Tehranda İran prezidenti Həsən Ruhani ilə görüşəcəyi bildirib.

  Avropada İranla bağlı bahar havası əssə də, İranın dini lideri Ayətullah Əli Xameneidən gələn son şərhlər Vaşinqtonun havasını açmır.

  Nüvə müqaviləsinə baxmayaraq, Xamenei Vaşinqtonun bölgədəki siyasətinə Tehranın müxalif mövqeyini davam etdirəcəyini söyləyib. ABŞ Dövlət katibi Con Keri (John Kerry) isə "Hal-hazırda cavab verməyi lazım bilmirəm. Onun siyasəti budursa, çox narahatedici və problemli bir vəziyyətdir" deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr