Obama İran sazişi barədə Netanyahu ilə danışıb

ABŞ prezidenti Barak Obama ilə İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığı baş tutub.

380827
Obama İran sazişi barədə Netanyahu ilə danışıb

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama İranla imzalanan tarixi anlaşmaya İsrailin sərt reaksiya göstərməsinin ardından Baş nazir Benyamin Netanyahu ilə telefon əlaqəsi yaradıb.
Ağ Ev rəhbəri razılaşma ilə bağlı məlumat verib və İsrailin məsələ ilə bağlı narahatlıqlarını aradan qaldırmağa çalışıb. Obama razılaşmanın İranın nüvə silahı əldə etməsinə maneə törədəcəyini vurğulayıb.
Netanyahu isə əksinə, razılaşmanın İranın nüvə silahı istehsalına əngəl ola bilməyəcəyini və əldə olunan razılaşmadan gələn milyardlarla dolların terrora dəstəyə yönələcəyini söyləyib.
Qeyd edək ki, İsrail Təhlükəsizlik Kabineti müqaviləni yekdilliklə rədd edib.
Digər tərəfdən Obama Fransa prezidenti Fransua Ollande, Almaniyanın Baş naziri Angela Merkel, İngiltərə Baş naziri David Cameron və Aİttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Yüksək Nümayəndəsi Federica Mogherini ilə də görüşərək anlaşmayla əlaqədar təşəkkür edib.
Obama Səudiyyə Ərəbistanı Kralı Səlman bin Abdulaziz və Birləşmiş Ərəb Əmirlikləri vəliəhdi Məhəmməd Al Nahyan ilə də telefon danışığı aparıb. Səudiyyə Ərəbistanı rəhbərliyi İranın nüvə silahı istehsalına maneə törədəcək bir müqaviləni dəstəklədiyini ifadə edib. Lakin Tehran rəhbərliyi üçün möhkəm bir nəzarət mexanizminin qurulması və şərtlərə uyğun gəlmədiyi təqdirdə sanksiyaların yenidən gündəmə gəlməsinin lazım olduğunu vurğulayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr