İranla bağlı razılaşma ABŞ mediasında

İran ilə nüvə müzakirələrində razılaşmanın təmin olunmasına Amerika mediası təmkinlə yanaşır.

380895
İranla bağlı razılaşma ABŞ mediasında

Razılaşma bir dönüş nöqtəsi olaraq dəyərləndirilsə də müxaliflər tənqidlərini bildirməkdən çəkinmirlər.
Respublikaçıların əksəriyyətinin meydana gətirdiyi Amerika Konqresi razılaşmanın əldə olunduğu 60 gün içərisində səsvermə keçirəcək. Müzakirələrin ilk günündən bəri müsbət rəftarını qoruyan prezident Barak Obama razılaşmanın həyata keçməsinin qarşısını alacaq istənilən qanunu veto edəcəyini söyləyib.
The Washington Post qəzeti müqaviləni ''mürəkkəb və bahalı'' olaraq xarakterizə edərək Orta şərqdə xoşagəlməyən nəticələr doğura biləcəyini yazıb. Bölgədəki məzhəb toqquşmalarına diqqət çəkən qəzet İranın İsrailə yönəlik təhdidini artırma ehtimalını da vurulayıb.
The New York Times qəzeti idə anlaşmanın üstüörtülü hərbi təhdidlərin əldə edə bilmədiyi müvəffəqiyyəti təmin etdiyini, Amerika, Qərb dünyası və İsrailin mənfəəti istiqamətində edildiyini yazıb.
Wall Street Journal qəzeti isə razılaşmanı Vaşinqtonda yeni bir xarici siyasət savaşının xəbərçisi olaraq dəyərləndirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr