İrana tətbiq olunan embarqonun tarixçəsi

İran prezidenti Həsən Ruhani Vyanada əldə olunan razılaşma ilə 35 ildir ölkəsinə tətbiq olunan embarqoların aradan qaldırılacağı müjdəsini verib.

381038
İrana tətbiq olunan embarqonun tarixçəsi

İran Dövlət Televiziyasında çıxış edən Ruhani embarqoların aradan qaldırılmasının müzakirələrdə əsas hədəflərdən biri olduğunu ifadə edib.
Ruhani "nüvə müzakirələrində əldə olunan razılaşmanın qüvvəyə minməsi ilə bank, sığorta, nəqliyyat, neft-kimya sənayesi, qiymətli mədənlər və bütün iqtisadi embarqolar tez bir zamanda aradan qaldırılacaq. Hətta silah sənayesi ilə əlaqədar tətbiq olunan 5 illik embarqo aradan götürüləcək.
İqtisadiyyatın böyük nisbətdə neftdən asılı olduğu İranda embarqolar səbəbi ilə uzun illərdir ki, sənaye investisiyalarında irəliləmə qeyd olunmur. Müxtəlif sahələrdə tətbiq olunan embarqoların ölkəyə yüz minlərlə dollar dəyərində zərər vurduğu bildirilir.
İrana tətbiq olunan embarqonun tarixçəsi
"İrana tətbiq olunan embarqoların qaldırılması" bu ölkə ilə 5 + 1 qrupu arasında 12 ildən bəri davam edən nüvə müzakirələrinin əsas mövzularından biri idi.
1979-cu il İran İslam İnqilabından sonra 1980-ci ildən bu yana tətbiq edilən embarqolar 35 ildir davam edir.
İran inqilabdan əvvəl ilk embarqo ilə Məhəmməd Musəddiqin baş nazirliyi dövründə (1951-1953) tanış olub. "Neftin milliləşdirilməsi" siyasətini güdən Musəddiq ingilislərin İran nefti üzərindəki idarəsini sona çatdırmışdı. Bunun nəticəsində də İran öz neftini dünya bazarına ixrac etmə mövzusunda İngiltərənin embarqoları ilə qarşılaşdı. Musəddiqin ABŞ-ın dəstəyi ilə “Ajax əməliyyatı” adı verilən hərbi çevrilişlə devrilməsi ilə embarqolar da qaldırıldı.
Bir ölkəyə qida, bank, səhiyyə, texnologiya, nəqliyyat, sənaye, hərb və bir çox sahədə tətbiq olunan embarqolar o ölkənin beynəlxalq qərarları yerinə yetirməyə məcbur edilməsi baxımından təsirli bir üsul olaraq qəbul edilir.

- İnqilabdan sonrakı ilk embarqo "girov böhranı" (1980-1983)
İrana tətbiq olunan embarqoların inqilabdan sonrakı müddəti ilk olaraq girov böhranı ilə başladı. 1980-ci ildə iranlı bəzi universitet tələbələrinin Tehrandakı ABŞ səfirliyini işğal etməsi və 66 diplomatı girov götürmələri bu ölkəyə uzun müddət tətbiq olunacaq embarqoların başlanğıcı oldu.
Həmin dövrdə ABŞ-ın rəhbəri Jimmy Carter Şah Rza Pəhləvinin rəhbərli ilə imzalanan razılaşmanın tələbi olaraq İrana hərəkət etmək üçün hazırlanmış 300 milyon dollar dəyərindəki hərbi ehtiyat hissələri olan yük gəmisini dayandırıb.
Embarqolardan sonra İranda neft sahəsində fəaliyyət göstərən ABŞ şirkətləri ölkəni tərk etməyə başlayır. Bu vəziyyət ölkənin inqilabdan əvvəl gündə 4 milyon barrel olan neft ixracının 1 milyon barrelə enməsinə səbəb oldu.
Girov saxlanılan ABŞ diplomatlarının 444 gün sonra azad edilməsinin ardından İrana tətbiq olunan embarqolar qaldırıldı, lakin ABŞ banklarında İranın dondurulan 12 milyard dollarlıq sərvəti sərbəst buraxılmadı.
- İran-İraq müharibəsindən Hatəmi dövrünə qədər (1983-1997)
ABŞ İran-İraq müharibəsinin (1980-1988) 3-cü ilində silah embarqosu ilə bir daha sanksiyalara başlayır. 20 ölkə ilə İrana silah satışını dayandırmaq üçün danışıqlar aparırı.
1984-ci ildə ABŞ-dan İrana bəzi kimya məhsullarının da ixracı qadağan edildi.
1987-ci ildə ABŞ Senatındakı bəzi senatorlar hazırladıqları qərarla ABŞ Enerji Dairəsinin İrandan neft almasını tənqid edir. Senatda səsverməyə çıxarılan layihə qəbul edildi, "terrorizmlə mübarizə" çərçivəsində İrandan neft alışı qadağan edildi.

ABŞ 1992-ci ildə İranın ballistik raket, atom bombası, kimyəvi və bioloji silahlar istehsal etməməsi üçün bəzi siyasi cəhdlər edir.
1995-ci ildə ABŞ-da digər ölkələrin İrana kimyəvi və ya xüsusi texnoloji silah ixracına mane olmaq məqsədilə hazırlanan layihə Senatda təsdiqlənərək qanuniləşdirilir. İran və Liviyanın enerji sektorlarında əhəmiyyətli investisiyalara girişən xarici şirkətlərin cəzalandırılmasını əhatə edən qanun İran-Liviya Sanksiyalar Aktı (ILSA) olaraq tanınır.
- Embarqolar yumşaldılır (1997-2004)

1997-ci ildə Məhəmməd Xatəminin prezident seçilməsindən sonra siyasi və iqtisadi sahələrdəki islahatlarla əlaqədar verdiyi açıqlamalardan sonra prezident B. Klinton ölkədəki islahat səylərinə dəstək məqsədli embarqoların yumşaldılması qərarına gəlir. Klinton 1999-cu ildə kütləvi ölümlərə səbəb olan silah və terrorizmə dəstək olmadığı üçün İrana qida və dərman embarqosunu aradan qaldırır.
2001-ci ildə isə Corc Buş müddəti dolan Liviya və İrana sanksiyalar nəzərdə tutan İLSA qanununu 5 il uzadır.

- Əhmədinejad dövrü embarqolar artırılır (2004-2011)
2004-cü ildə İranda Mahmud Əhmədinejadın prezident olmasından sonra ölkədə nüvə fəaliyyətlərinin vüsət alması Qərbdə İranın nüvə silahı istehsalı səyi kimi qiymətləndirilir. Bu səbəblə 2004-cü ilin sonu və 2005-ci ilin əvvəllərində İrana tətbiq olunan embarqolar artırılır. Həmin dövrdə ABŞ və İsrail rəhbərlikləri İranı hərbi hücumla təhdid etməyə başlayır.
2005-ci ilin ortalarında İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) ölkənin nüvə fəaliyyətlərini araşdırma tələbini qəbul etməsi ilə sülh məqsədli nüvə enerjisinə sahib olma işləri çərçivəsində uranı zənginləşdirməyə davam edir. İranın "Sarı keks" olaraq adlanan yeni uran oksidi istehsalı qurması və yeni raket sınaqları yenidən qərblilərlə Tehran rəhbərliyi arasındakı söz-söhbətləri alovlandırdı.
2006-cı ilin yanvar ayında Londonda bir araya gələn BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya (5 + 1) İranı nüvə silahı istehsal etməyə istiqamətli çabalar verməkdə günahlandırır. Bu iclasda İranın iki siyasi müttəfiqi olan Rusiya qərarı təsdiqləyədiyi halda Çin bitərəf qaldı.
2007-ci ilin oktyabr ayında İran İnqilab Mühafizlərinə aid "Qüds qüvvələri" və "İran Milli Bankı" terrorist fəaliyyətdə günahlandırılaraq embarqo tətbiq olunur.
2008 iyun ayında da İran Tovsia-Sadırat Bankına embarqo tətbiq olundu.
2009-ci ildə ABŞ-da prezident seçkilərini qazanan Barak Obamanın hakimiyyətə gəlməsi ilə iki ölkə arasındakı əlaqələrin yumuşayacağı düşünüldüyü halda həmin dövrdəki İran prezidenti Əhmədinejadın yürütdüyü xarici siyasət nəticəsində embarqoların əhatəsi genişləndirildi və daha da sərtləşdirildi.
O dövrdə İranın ən yaxın müttəfiqlərindən olan Rusiya bu embarqoları dəstəklədiyini açıqlayır.
2010-cu ilin sentyabr ayında bəzi İranlı iş adamlarının bank hesabları dondurulur və ixracatlara maneə törədilir.
2015-ci ilin ilk aylarında da iranlı bəzi şirkətlərin xarici fəaliyyətləri dayandırıldı.
İran ilə Birləşmiş Millətlər Təşkilatının beş daimi üzvü ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniyanın meydana gətirdiyi 5 + 1 ölkələri arasında aparılan müzakirələrdə bu səhər razılaşma təmin edildiyi açıqlandı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr