Dünya Bankından İraqa 350 milyon dollar

Dünya Bankı, nəzarət altındakı bölgələrin inkişafı üçün İraqa, 350 milyon dollar yardım qәrarına qәlib.

379393
Dünya Bankından İraqa 350 milyon dollar

Bank, döyüş zamanı ölkәnin tәxrib olan infrastrukturunu yenidәn bәrpa etmәsinә vә güclәndirmәsinә dəstəyini açıqlayıb.
Dünya Bankının verәcәyi maliyә yardım xəstəxana, su şəbəkəsi və yolların yenilənməsində istifadə ediləcək.
350 milyon dollarlıq yardımla 5 il әrzindә Səlahəddin və Diyalәdә bәrpa işlәrinin aparılması nәzәrdә tutulub.
İraq hökumətinin proqnozuna görә neft qiymətlərinin ucuzlaması və terror təşkilatı DEAŞ-a qarşı mübarizə sәbәbindәn 2015-ci il büdcә kәsri 20 faizi ötәcәk.
Digәr tәrәfdәn ölkәdәki iqtisadi və təhlükəsizlik böhranın әsas sәbәbinin isә korrupsiya olduğu qeyd edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr