Nüvə müzakirələrində gərginlik davam edir

İranın xarici işlər naziri Cavad Zəriflə Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini arasında gərginlik yaşanıb.

338166
Nüvə müzakirələrində gərginlik davam edir


İranın nüvə proqramı ilə əlaqədar Avustruyanın paytaxtı Vyanada keçirilən müzakirələrdə İranın xarici işlər naziri Cavad Zəriflə Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini arasında gərginlik yaşanıb.
Zəriflə Mogherini arasındakı gərginlik Birləşmiş Millətlər Təşkilatının İrana qarşı silah embarqosunun aradan qaldırılması ilə bağlı müzakirə zamanı baş verib. Mogherininin İran rəsmisinə "Əgər bir razılaşma istəmirsinizsə, müzakirələri indi dayandırın" deməsi Zərifə xoş gəlməyib, "İranlıları təhdid etməyə əsla cəhd göstərməyin” deyə cavab verib.
Qeyd edək ki, Çin və Rusiya İrana qarşı tətbiq olunan silah embarqosunun qaldırılmasını istəyir. Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı isə buna qarşı çıxır.
Nüvə müzakirələri Birləşmiş Millətlər Təşkilatının beş daimi üzvü Amerika Birləşmiş Ştatları, Rusiya, Çin, İngiltərə, Fransa ilə Almaniyanın meydana gətirdiyi 5 + 1 qrupu və İran arasında icra edilir.
Müzakirələr bu gün də davam etdiriləcək.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr