İraq və Suriyada terror təşkilatı DEAŞ-la mübarizə davam edir

Koalisiyaya aid döyüş təyyarələri Ramadi, Tikrit və Diyalәdәki DEAŞ hədəflərinə hava hücumu təşkil ediblər.

336708
İraq və Suriyada terror təşkilatı DEAŞ-la mübarizə davam edir

İraqın Ənbar vilayətində meydana gələn qarşıdurmalarda və Amerika Birləşmiş Ştatlarının rəhbərliyi ilə koalisiya qüvvələrinin DEAŞ hədəflərinə təşkil etdiyi hava hücumlarında təşkilatın 83 üzvü öldürülüb. Koalisiyaya aid döyüş təyyarələri Ramadi, Tikrit və Diyalәdәki DEAŞ hədəflərinə hava hücumu təşkil ediblər.
100 müxtəlif bölgəyə edilən bombardımanlarda 61 DEAŞ üzvü ölüb, onlarla adam yaralanıb. Ənbarda DEAŞ mövqelərinə başladılan əməliyyatda isə 22 üzv öldürülüb.
Suriya ordusuna aid bir vertolyot Hələbdə müxaliflərin tebeliyindəki Maadi bölgəsində yaşayış yerlərinə çəllək bombasıyla hücum edib. İftar saatında təşkil edilən hücumda 8 nəfər ölüb, 7 nəfər yaralanıb, 10-dan çox adam isə dağıntılar altında qalıb.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr