İran ilә müzakirələr  davam edir

İran ilə P5+1 olaraq tanınan Birləşmiş Millətlər Təşkilatının 5 daimi üzvü və Almaniya arasında davam edən müzakirələr Avstriyada davam edir. İran mənbələri son mətnin proqramının sona çatdığını bildirir.

337438
İran ilә müzakirələr  davam edir

İran ilə P5+1 olaraq tanınan Birləşmiş Millətlər Təşkilatının 5 daimi üzvü və Almaniya arasında davam edən müzakirələr Avstriyada davam edir.
İran mənbələri son mətnin proqramının sona çatdığını bildirir.
Ağ Evin sözçüsü Josh Earnest "razılığa gəlməyə hər zamankindən daha yaxınıq" desə də lakin hələ də tərəflər arasında çox ciddi fikir ayrılıqlarının olduğuna da vurğulayıb. İranın xarici işlər nazirinin müavini Abbas İrakçi isə "nə vaxta qədər lazım olsa o vaxta qədər də Vyanada qalmağa hazırıq" deyərək həll prosesinə tərəfdar olduqları mesajını verib.
Fransa xarici işlər naziri Laurent Fabius isə müzakirələrdə əsas anlaşılmaz nöqtələrin "nüvə araşdırma, inkişaf etdirmənin məhdudlaşdırılması, sanksiyalar və yoxlama" olduğunu açıqlayıb.
Xatırladaq ki, tərəflər müzakirələrin son gününü 7 iyuldan 10 iyula qədər uzatmışdı. 11 günün geridə qaldığı çətin müzakirələrdə tərəflər İranın nüvə silahı istehsalına maneə törədəcək və bu ölkəyə tətbiq olunan sanksiyaları aradan qaldıracaq bir razılaşmaya nail olmağa çalışır.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr