İlk rəsmi sülh danışıqları nəticə vermədi.

Əfqan hökuməti səlahiyyətliləri və Taliban nümayəndələri arasında Pakistanın paytaxtı İslamabad yaxınlığındakı Muri şəhərində aparılan ilk rəsmi sülh danışıqları nıticəsiz yekunlaşıb.

337499
İlk rəsmi sülh danışıqları nəticə vermədi.

Danışıqların Ramazan ayından sonra davam edilməsi qərara alınıb.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Kazi Xəlilullah danışıqlara müşahidəçi qismində ABŞ və Çin nümayəndələrinin də qatıldığını söyləyib. Əfqan hökuməti ilə Talibanı kimin təmsil etdiyini açıqlamayan Xəlilullah görüşdə Əfqanıstanda sülh və dincliyin təminatı mövzusunda fikir mübadiləsi aparıldığını deyib. Sözçü bölgədə əmin-amanlıq təmin edilməsi üçün hər iki tərəfin də bu prosesə optimist və əzmlə yanaşmalı olduğunu bildirib. Pakistandakı diplomatik mənbələr də danışıqlarda atəşkəs və digər mövzularla bağlı bir nəticəyə gəlinmədiyini, lakin iki tərəfin də konkret təklifləri paylaşdığını söyləyib.
Əfqanıstanda təxminən 10 ay əvvəl seçki prosesinin ardından iqtidara gələn hökumət və Taliban arasında aparılan ilk rəsmi sülh danışıqları tez-tez qarşıdurmalar, partlayışlar və ölümlərin yaşandığı ölkə üçün böyük əhəmiyyət daşıyır. Daha əvvəl də Dubay, Oslo və Dohada Əfqan heyətləri və Taliban nümayəndələri arasında danışıqlar aparılıb və ancaq Əfqan hökuməti bunların rəsmi olmadığını və danışıqlra qatılanların hökuməti təmsil etmədiyini bildirmişdi.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr