Nüvə danışıqları Avstriyanın paytaxtı Vyanada davam edir

John Kerry İran ilә davam edәn danışıqlardan ümidvar olduğunu bildirib.

333424
Nüvə danışıqları Avstriyanın paytaxtı Vyanada davam edir

ABŞ dövlәt katibi John Kerry, növbәti müzakirәlәrdәn sonra təşkil etdiyi mətbuat konfransında, hәlә әhәmiyyәtli nöqtәlәrdә razılıq әldә edilmәdiyini, bu səbəblә müzakirələrin necә yekunlaşacağını proqnozlaşdırmanın çәtin olduğunu, ancaq razılaşma olmaması və əhəmiyyətli mövzularda ciddi addımların atılmaması halında iclasdan ayrıla bilәcәklәrini, lakin bunun әn son alternativ olduğunu qeyd edib.
İran xarici işlər naziri Cavad Zərif isә, bəzi problemlərin aradan qaldırılması üçün lazımlı sәyi etdiklәrini bildirib.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrә ali nümayəndəsi Federica Mogherini isə razılaşmanın vaxtının gәlib çatdığını ifadә edәrkәn, Almaniya xarici işlər naziri Frank Valter Steinmeier, (şıtaynmayer) İran ilə davam edәn müzakirələrdәn razılaşma әldә edilmәsini istәdiklәrini, әks tәqdirdә bunun yalnız İranın yox, hәr kәsin uğursuzluğu olaraq xarekterizә edilәcәyini vurğulayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr