Misirin Sina yarımadasında bomba yüklü hücum

İlk mǝlumatlara görǝ 30 əsgər hǝlak olub

327823
Misirin Sina yarımadasında bomba yüklü hücum


 Misirin Sina yarımadasında bomba yüklü avtomobillə təşkil edilən hücumlarda İlk mǝlumatlara  görǝ 30 əsgər hǝlak olub.

 Partlayışlardan sonra yaranan  qarşıdurmada isə 22 terrorist öldürülüb. Hücumlar Sina

yarımadasının şimalında yerlǝşǝn 6 hərbi nəzarət nöqtəsində eynivaxtlı olaraq təşkil edildi.

Partlayışlarda çox sayda yaralı olduğu da gələn məlumatlar arasındadır.

Səlahiyyətlilər terroristlərin bəzi əsgərləri girov götürdüklǝrini dǝ qeyd edir.

Hadisənin məsuliyyətini isǝ terror təşkilatı DEAŞ boynuna götürüb.

Sinada  DEAŞ-a bağlılığını açıqlayan “Sina” Vilayəti adlı təşkilat fǝaliyǝtdǝdir .



Etiketlәr:

Әlaqәli Xәbәrlәr