İsrail Qəzzanın Azadlıq Donanmasına müdaxilə edib

İsrail ordusu Qəzza mühasirəsini yarmağı hədəfləyən 3-cü Azadlıq Donanmasının gəmilərindən birinə beynəlxalq sularda müdaxilə etdiyini açıqlayıb.

323815
İsrail Qəzzanın Azadlıq Donanmasına müdaxilə edib

İsrail ordusundan verilən məlumatda gəminin hazırda Aşdot Limanına doğru aparıldığı bildirilir.
Tunisin eks prezidenti Məhəmməd Munsif əl-Marzuki və İsrail Məclisindəki fələstinli millət vəkillərindən Basil Gattasın olduğu gəmi beynəlxalq sulara yaxınlaşarkən digər gəmilər də eyni marşrutu təqib ediblər.
İsrailin 2007-ci ildən bəri Qəzza torpaqlarındakı fələstinlilərə qarşı davam etdirdiyi mühasirəni yarmağı və Qəzzaya humanitar yardım aparmağı məqsəd qoyan 3-cü Azadlıq Donanmasını təşkil edən 5 gəmidə ümumilikdə 48 nəfər olub.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr