Ermənistan prezidenti Serj Sarkisyandan geriyə addım

Serj Sarkisyan elektrik enerjisinə tətbiq edilən artımın dövlət tərəfindən dotasiya ediləcəyini açıqlayıb.

323099
Ermənistan prezidenti Serj Sarkisyandan geriyə addım

Ermənistan prezidenti Serj Sarkisyan araşdırmalar yekunlaşana qədər elektrik enerjisinə tətbiq edilən 16 faizlik artımın dövlət tərəfindən dotasiya ediləcəyini açıqlayıb.
Sarkisyan aralarında etirazçıların nümayəndələrinin də qatılacağı, enerji sahəsində təcrübəli mütəxəssislərin iştirakı ilə böuük bir heyətin Ermənistanın enerji şəbəkələrində şirkətində yoxlama aparacağını bildirib.
Təxminən bir həftədir paytaxt İrəvanda küçə yürüşlərinə başlayan minlərlə nümayişçi prezidentinin təklifini müsbət qarşılamadıqlarını bildirirlər.
Nümayişçilər artım faizi aradan qaldırılmayana qədər mitinqləri davam etdirəcəklərini açıqlayıblar.
Xatırladaq ki, Ermənistanın paytaxtı İrəvanda İyunun 19 -dan başlayan nümayişlərin 4-cü günündə polis aksiyaçılara təzyiqli suyla müdaxilə etmiş, nümayişlər daha sonra 24 saatlıq mitinqlərə başlayıblar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr