Ermənistanın paytaxtı İrəvanda xalq küçələrə axışıb

Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisi qiymətlərindəki artıma etiraz etmək üçün xalq küçələrə axışıb.

315158
Ermənistanın paytaxtı İrəvanda xalq küçələrə axışıb

Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisi qiymətlərindəki artıma etiraz etmək üçün xalq küçələrə axışıb.
Ermənistan hökumətinin avqustun 1-dən etibarən elektrik enerjisi qiymətlərini 22 faiz artıracağı qərarından sonra hökumət əleyhdarları paytaxt İrəvanın küçələrində etirazlara başlayıb. Şəhər mərkəzində toplanan təxminən 5 min insan yolları bağlayaraq hərəkətə mane olublar. Prezident sarayına yollanan kütləyə müdaxilə edən polislə etirazçılar arasında gərginlik yaşanıb.
Elektrik enerjisi qiymətlərinin onsuz da çox yüksək olduğunu və xalqın iqtisadi problemlər içərisində boğulduğunu deyən etirazçılar hökumətin bir an əvvəl qərardan imtina etməsini istəyir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr