"Taliban" Əfqanıstan parlamentinə hücum edib

Taliban Əfqanıstan parlamentinə 4 bombalı hücum təşkil edib.

313591
"Taliban" Əfqanıstan parlamentinə hücum edib

Əfqanıstanın paytaxtı Kabilin ən sıx mühafizə olunan bölgəsi partlayışlarla sarsılıb.
Taliban Əfqanıstan parlamentinə 4 bombalı hücum təşkil edib. Yaşanan qarşıdurmada 6 döyüşçü öldürülüb.
Hücum Əfqanıstan dövlət televiziyasının parlamentin iclasını canlı yayımladığı sırada baş verib. Müdafiə naziri Masum Stanekzainin vəzifəsini təhvil almaq üçün məclisə gəldiyi vaxt ard-arda partlayışlar meydana gəlib. Parlamentin şüşələri qırılıb.
Taliban sözcüsü ictimai mediaya verdiyi açıqlamada hücumların parlament binasına daxil olduqlarını təsdiqləyib. Təxminən 1 saat davam edən qarşıdurma zamanı millət vəkilləri binadan təxliyyə ediliblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr