Şiə husilər və Səudiyyə Ərəbistanının sünni qüvvələri

Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri təyyarələri Yəmənin Aden şəhərindəki şiə husilərin hədəflərini vurub.

312971
Şiə husilər və Səudiyyə Ərəbistanının sünni qüvvələri

  Təyyarələr husilərin olduğu Beynəlxalq Aden Havalimanı ətrafı və Əl-Mualla bölgəsini bombardman ediblər. Əməliyyatda ölən və yaralananların sayı barədə məlumat verilməyib.

  Digər tərəfdən, Husilər də Taiz şəhərində vətəndaşların yaşadığı bölgələrə ağır silahlarla hücum ediblər.

  Husilərə aid El-Mesir televiziya kanalının xəbərinə görə, husi tərəfdarı ordu mənsubları və xalq komitələri tərəfindən qarşı tərəfin Cizan şəhərinin El-Cabiri qəsəbəsində yerləşən hərbi mövqelərinə 70 raket hücumu olub, 5 hərbi bölgəyə girilib və 2 zirehli vasitə yandırılıb.

  Beləliklə, hələ də şiə husilərlə Səudiyyə Ərəbistanının sünni qüvvələri arasında sərhəd bölgəsində qarşılıqlı hücumlar davam edir.

  Xatırladaq ki, husilərin Yəməndəki irəliləyişini dayandırmaq üçün Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri 26 martdan hava hücumlarına başlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr