Pakistanın Taliban ilə mübarizəsi sürətlə davam edir
2763 Pakistan Talibanının öldürüldüyü açıqlandı
Pakistanın Taliban ilə mübarizəsi sürətlə davam edir.
Pakistan ordusunun, Şimali Vəziristan bölgəsində bir ildir davam etdirdiyi əməliyyatlarda indiyə qədər 2763 Pakistan Talibanının
öldürüldüyü açıqlandı. Pakistan ordusunun, Əfqanıstan sərhədindəki tayfalar bölgəsi Şimali Veziristanda, "Zarb-ə AZB" yəni "kəskin hücum" adlı
böyük maştablı əməliyyatların birinci ilini doldurdu. İndiyə qədər 2763 Pakistan Talibanı öldürüldü.
Hava və quru əməliyyatlarında, Şimali Vəziristan və Hayber tayfa bölgələrində terrorçulara aid 837 sığınacaq məhv edildi, 253 ton partlayıcı ələ keçirildi.
Əməliyyatlarda Pakistan Ordusunun 347 əsgəri hǝlak oldu.
Pakistan Ordusu, həyata keçirilən əməliyyatların son terroristlǝrin təsirsiz hala gətirilənə qədər davam edəcəyini açıqladı.
"Kəskin hücum" hərəkatı isə, iyul ayında sona çatacaq.
Әlaqәli Xәbәrlәr

Birlәşmiş Millәtlәr Tәşkilatı İdlibә humanitar yardım göndәrib
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriyanın İdlib şəhərinə 86 yük maşını ilə humanitar yardım göndərdi.