"Kimsəyə İranın hərbi sirlərinə giriş izni verməyəcəyik"

İran prezidenti Həsən Ruhani kimsəyə əlavə protokol və ya başqa bir beynəlxalq nəzarət bəhanəsilə ölkənin hərbi sirlərinə giriş icazəsi verməyəcəklərini söyləyib.

304504
"Kimsəyə İranın hərbi sirlərinə giriş izni verməyəcəyik"

  Ruhani 11-ci hökumətin seçkiləri qazanmasının 2-ci ildönümü münasibətilə təşkil olunan mətbuat konfransında 250-ə yaxın yerli və xarici jurnalistlərə deyib: “İranla Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının daimi 5 üzvü və Almaniyadan ibarət "5 + 1 qrupu" 2 il əvvəl İranın uranı zənginləşdirmə hüququnu qəbul etmədilər, amma bu gün artıq İran bu haqqa sahibdir”.

  Ruhani ölkəsinə tətbiq olunan iqtisadi sanksiyaların müqavilə ilə bərabər zamanlı olaraq qaldırılmasını istədiklərini vurğulayaraq bu barədə ümidli olduqlarını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr