Azərbaycanda '' Milli Qurtuluş Günü '' qeyd olunur

15 iyun dövlət səviyyəsində  bayram kimi qeyd olunur

304382
Azərbaycanda '' Milli Qurtuluş Günü '' qeyd olunur

 Azərbaycanda '' Milli Qurtuluş Günü '' qeyd olunur
15 iyun tarixi 1998-ci ildən etibarən dövlət səviyyəsində bayram kimi qeyd olunur.
1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan, ilk illərdə böyük çətinliklər yaşadı.
Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı bir vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib.
1993-ci ildə vətəndaş müharibəsi təhlükəsinin ortaya çıxması üzərinə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edildi.

Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Milli Məclisinin başına keçdi.

Əliyevin liderliyində qısa müddətdə vətəndaş müharibəsi təhdidindən xilas olan Azərbaycanda 15 iyun günü, 1998-ci ildən bu yana '' Milli Qurtuluş Günü '' bayramı olaraq qeyd olunur.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu bir mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Qurtuluş günü kimi daxil olub.

15 iyun tarixi 1998-ci ildən etibarən dövlət səviyyəsində bayram kimi qeyd olunur.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr