İraq Mǝclisinin sǝdri Vaşinqtonda görüşlǝr keçirir

Cuburi ABŞ vitse-prezidenti Cozef Bayden ilǝ bir araya gǝlib.

302706
İraq Mǝclisinin sǝdri Vaşinqtonda görüşlǝr keçirir

İraq Mǝclisinin sǝdri Sǝlim ǝl-Cuburi Vaşinqtonda görüşlǝr keçirir.
Cuburi ABŞ vitse-prezidenti Cozef Bayden ilǝ bir araya gǝlib.
Bayden İraq Mǝclisinin sǝdri ǝl-Cuburini öncǝ sǝhǝr radǝlǝrindǝ özünün mǝnzil qǝrargahında sonra isǝ Ağ Evdǝ qonaq edib.
Açıqlamada Prezident Obamanın da onların yığıncağına baş çǝkdiyi bildirilib.
Yığıncaqda Obamanın ǝl-Cuburinin Mǝclisdǝ göstǝrdiyi liderlik ilǝ İraq demokratiyası, federalizm vǝ milli birliyin inkişafına dair fǝaliyyǝtlǝrini tǝriflǝdiyi qeyd edilib.
Digǝr tǝrǝfdǝn Prezident Obama vǝ Baydenin iki ölkǝ arasındakı daimi tǝrǝfdaşlıq vǝ DEAŞ ilǝ mübarizǝsindǝ İraqa dǝstǝklǝrini tǝsdiqlǝdiyi dǝ vurğulanıb.
Açıqlamada İraq üçün ǝlavǝ 9 milyon dollar humanitar yardım edilǝcǝyi dǝ bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr