İran nüvə proqramıyla bağlı ya etibar, ya da razılaşma olmayacaq

30 iyuna qədər tamamlanması planlanan müzakirələrdə aktiv rol alan Fransa "İran qayğıları aradan qaldırmalıdır" deyib və "Ya etibar, ya da razılaşma olmayacaq" mesajını verib.

302343
İran nüvə proqramıyla bağlı ya etibar, ya da razılaşma olmayacaq

  Fransa Xarici İşlər naziri Laurent Fabius bu barədə deyib: “Müzakirələri hələ də sona çatdıra bilməmişik. Müzakirə mövzusu olan müəssisələri bilmək məcburiyyətindəyik. Əgər razılaşmanın şərtlərinə nəzarət edilməzsə, həyata keçə bilməz."

  İran ilə razılaşma əldə etmək istədiklərini bildirən fransalı nazir İranın qərbli ölkələrin qayğılarını aradan qaldırmalı olduğunu vurğulayıb.

  Müzakirələrdə aktiv rol oynayan Amerika Birləşmiş Ştatları səlahiyyətliləri də yenə İrana şəffafolma çağırışı ediblər.

  Beynəlxalq Atom Enerji Təşkilatının da amerikalı nümayəndələri İranın nüvə müzakirələriylə bağlı İsveçrədə aprel ayında əldə olunan şifahi razılaşmanın şərtlərinin yerinə yetirilməsini istəyir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr