Misirdə ölkənin ən böyük futbol faciəsiylə bağlı edam qərarı

Misirdə 2012-ci ildə 70 adamın ölümüylə nəticələnən ölkənin ən böyük futbol faciəsi "Port Said qırğını" iddiası adı ilə məhkəməyə verilmiş və 11 adam edam cəzasına məhkum edilmişdi.

299622
Misirdə ölkənin ən böyük futbol faciəsiylə bağlı edam qərarı

  Məhkəmə hadisənin digər səbəbkarlarına 5-15 il arasında həbs cəzası kəsmişdi.

  Misirdə 2012-ci ildə 70 adamın ölümüylə nəticələnən ölkənin ən böyük futbol faciəsi "Port Said qırğını" iddiası adı ilə məhkəməyə verilmiş və 11 adam edam cəzasına məhkum edilmişdi. Məhkəmə hadisənin digər səbəbkarlarına 5-15 il arasında həbs cəzası kəsmişdi.

  Xatırladaq ki, futbol qarşılaşması zamanı qonaq El Ahli komandası tərəfdarlarının ev sahibi El Masri komandasını aşağılayan plakatlar açması nəticəsində çıxan hadisələrdə yüzlərlə adam bir-birinə qarışmış və yaralanmışdı.

  Hadisə ilə əlaqədar ilk qərar 2013-cü ildə çıxmış, edam cəzasına 21 adam məhkum edilmişdi. Şikayət müraciətindən sonra 19 aprel 2014-cü ildə iddiaya yenidən baxılmış, bu dəfə məhkəmə 11 adam üçün edam qərarı vermiş, icrası üçün müftülüyə göndərilmişdi.

  Müftülükdən qərara təsdiq cavabı gəlib. Vəkillər etiraz haqqlarından istifadə edərək 60 gün içində Apelyasiya Məhkəməsinə müraciət edəcəklərini bildiriblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr