Liderlǝr bu dǝfǝ sosial mǝqsǝdli tǝdbirdǝ bir araya gǝliblǝr
Kıbrıs mǝsǝlǝsinǝ daimi hǝll yolu tapmaq mǝqsǝdi ilǝ keçirilǝn müzakirǝlǝr davam edir.
Kıbrıs mǝsǝlǝsinǝ daimi hǝll yolu tapmaq mǝqsǝdi ilǝ keçirilǝn müzakirǝlǝr davam edir.
İki icmanın lideri bu dǝfǝ sosial mǝqsǝdli tǝdbirdǝ bir araya gǝlib.
Kıbrısda liderlǝr müzakirǝ prosesindǝki müsbǝt atmosferǝ dǝstǝk olmaq mǝqsǝdi ilǝ aradabir sosial tǝdbirlǝrdǝ bir araya gǝlmǝyi qǝrara almışdı.
Lefkoşa Bǝlǝdiyyǝ teatrında nümayiş etdirilǝn oyuna tamaşa etmǝk mǝqsǝdi ilǝ Limasolda bir araya gǝlǝr liderlǝr jurnalistlǝr vǝ xalqla söhbǝt edib.
Kıbrısın son 60 ilinin mövzu götürüldüyü teatr tamaşasından sonra iki liderin jurnalistlǝrǝ sülh mesajları ǝhatǝ edǝn açıqlama verǝrkǝn göstǝrdiklǝri sǝmimi rǝftarlar diqqǝt çǝkib.
Quzey Kıbrıs Türk Cümhuriyyǝti Prezidenti Mustafa Akıncı mǝsǝlǝnin hǝlli üçün bir ümid olduğunu, bu ümidi itirmǝmǝk üçün çox cǝhd göstǝrilmǝsinin vacibliyini dilǝ gǝtirib.
Rum İdarǝsinin rǝhbǝri Nikos Anastasiadis dǝ deyib ki, yoldaşım Mustafa ilǝ birlikdǝ sülhün bǝrqǝrar olması üçün sǝylǝrimiz davam edǝcǝk. Gǝnc nǝsillǝrǝ sülh vǝ rifah içindǝ yaşama şansı vermǝliyik.
İki lider buna oxşar bir tǝdbiri adanın şimalında da keçirǝcǝk.
Әlaqәli Xәbәrlәr
Rusiyada 22-27 aprel tarixlərində altıgünlük iş həftəsi tətbiq edilir
Rusiyada 22-27 aprel və 9-12 may tarixlərində iş və qeyri-iş günləri