Rusiya ilә İran arasında ticarәt razılaşması

Neft qarşılığı ticarət məhsulu mübadiləsinə dair müqavilә hәyata keçirilir.

295012
Rusiya ilә İran arasında ticarәt razılaşması

Nüvə proqramına görә qərbin sanksiya tәtbiq etdiyi İrana, Ukrayna böhranı səbəbi ilə qərb ölkələrlə problem yaşayan Rusiya yardım әlini uzadıb.
Moskva və Tehran arasında, Aprel ayında imzalanan, neft qarşılığı ticarət məhsulu mübadiləsinə dair müqavilә hәyata keçirilir.
İki ölkә arasında imzalanan razılaşmaya görә, İran, Rus istehsalı mәhsul və materiallar qarşılığında, Rusiyaya gündə 500 min barrel xam neft verəcək.
Tehran neftdən əldə etdiyi gəlirlə Rus istehsalı məhsullar satın alacaq. Hәmin razılaşmaya әsasәn İranın neft ixracatı 50 faiz artacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr